...

Azərbaycanın xarici ticarət profisiti 6 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2014 08:49 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 11,78 faiz azaldığını açıqlayıb.
Azərbaycanın xarici ticarət profisiti 6 milyard dollara çatıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 11,78 faiz azaldığını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 133 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 12,99 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 5,97 milyard dollara yaxın müsbət saldo yaranıb.

Ötən ilin analoji dövründə xarici ticarət profisiti 6,01 milyard dollar, 2014-cü ilin aprel ayınada isə 4,4 milyard dollar olub.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 3974 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2758-ü hüquqi, 1216-i isə fiziki şəxsdir.

Yanvar-may aylarında 9,48 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,55 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 8,99 milyard dollar (94,8 faiz), özəl sektor - 446,58 milyon dollar (4,7 faiz), fiziki şəxslərin payı isə 50,77 milyon dollar (0,54 faiz) olub.

Yanvar-may aylarının yekunlarına görə, idxal 3,51 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 19,46 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 956,11 milyon dollar (27,4 faiz), özəl sektor - 2,43 milyard dollar (62,2 faiz), fiziki şəxslərin payı isə 125,26 milyon dollar (3,6 faiz) olub.

Cari ilin yanvar-may aylarında Azərbaycandan 1438 adda məhsul ixrac, 5037 adda məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti