...

Mərkəzi Bank: Azərbaycanın bank sektorunun "qeyri-neft" dərinliyi 71 faizdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 12:27 (UTC +04:00)
Azərbaycanın bank sektorunun inkişaf dinamikası stabil müsbət olaraq qalmaqda davam edir.
Mərkəzi Bank: Azərbaycanın bank sektorunun "qeyri-neft" dərinliyi 71 faizdir

Azərbaycan, Qəbələ, 24 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycanın bank sektorunun inkişaf dinamikası stabil müsbət olaraq qalmaqda davam edir. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə V Azərbaycan-Rusiya regionlararası forumu çərçivəsində keçirilən "Rusiya və Azərbaycan banklarası əməkdaşlığının inkişafı" adlı "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, son 15 il ərzində bank sisteminin aktivləri 20 dəfədən çox artıb. Son 10 ildə artımın orta dinamikası 40 faizdən yuxarı sabit olub: "Bank sisteminin ümumi dərinliyi (aktivlərin ÜDM-in həcminə nisbəti) təqribən 37 faiz təşkil edir.

R.Orucov qeyd edib ki, lakin bank sektorunun iqtisadiyyatın əsasən qeyri-neft sektoru ilə işlədiyi nəzərə alınsa, aktivlərin qeyri-neft ÜDM-nə nisbəti (71 faiz) vacib göstəriciyə çevrilir: "Qlobal maliyyə böhranına baxmayaraq, 2008-ci ildən bank sisteminin dərinliyi sabit artım nümayiş etdirib. Kredit aktivliyi yüksək olaraq qalır - ölkə banklarının kredit portfelinin qeyri-neft ÜDM-nə nisbəti 50 faizi ötür. Kapital bazası sabitdir və bankların məcmu kapitalının qeyri-neft ÜDM-nə nisbəti 2 faiz bəndi artaraq 15 faiz səviyyəsinə çatıb. Ölkənin iqtisadi artım templərinə diqqət yetirsək, bank sektorunun artımı ölkənin iqtisadi inkişaf templərini 2 dəfədən çox üstələyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti