Azərbaycan, Bakı, 14 iyul /Trend/
"Bakı 2015" ilk Avropa Oyunlarına hazırlıq məqsədilə keçirilən "Təmiz Binəqədi" layihəsi çərçivəsində növbəti aksiya həyata keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri aparmış və əhalini layihə ilə ətraflı tanış etmiş, sakinlərə maarifləndirici təbliğat vasitələri paylamışlar.
Daha sonra aksiya iştirakçıları çay süfrəsi ətrafında layihə ilə bağlı müzakirələr aparmış, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əyləncə təşkil edilmişdir.