Azərbaycan, Bakı, 16 sentyabr /Trend/
"Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.
SŞ-dən Trend-ə verilən məlumata görə, bu sığorta növü üzrə növbəti ödəniş "Atəşgah Həyat" tərəfindən 13 avqust 2014-cü il tarixində Ağcabədidə fəaliyyət göstərən maliyyə qurumunun əməkdaşının yol-nəqliyyat hadisəsi nəticəsində vəfatı faktına görə həyata keçirilib.
Birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 12 949 AZN təşkil edib. Məbləğ mərhumun valideynlərinə təqdim edilib.
Ümumilikdə "Atəşgah Həyat" SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1,2 mln. AZN-dən artıq sığorta ödənişi həyata keçirib.
"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.
Qeyd edək ki, "Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2013-cü ilin nəticələrinə görə, "Atəşgah" SQ-nin sığorta haqları 61,2 mln. AZN, ödənişləri isə 18 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.