...

2015-ci ildə Azərbaycanda radiasiya sterilləşdirmə qurğusu işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 16:42 (UTC +04:00)
Azərbaycanda radioaktiv şüalanmanın sterilləşdirilməsi üzrə qurğu 2015-ci ildə istismara veriləcək.
2015-ci ildə Azərbaycanda radiasiya sterilləşdirmə qurğusu işə salınacaq

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda radioaktiv şüalanmanın sterilləşdirilməsi üzrə qurğu 2015-ci ildə istismara veriləcək. Bu barədə jurnalistlərə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bildirib.

Onun sözlərinə görə, AMEA-nın Radiasiya Problemləri İnstitutu tərəfindən Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birgə hazırlanmış layihə müxtəlif növ məhsulların (tibbi alətlərin, qida məhsullarının və s.) sterilləşdirilməsini nəzərdə tutur.

V.Hüseynov deyib ki, hazırda radioaktiv şüalanmanın sterilləşdirilməsi üzrə qurğunun tikintisi bu məqsədlə Qobuda ayrılmış torpaq sahəsində davam etdirilir: "Qurğunun bunkeri artıq hazırdır, hazırda radioaktiv mənbənin tədarükü məsələsi qalır ki, bunu da müvafiq tenderdə qalib gələn Macarıstan şirkəti təmin edəcək. Şirkət üçtərəfli müqavilə əsasında bu qurğunu tikməli, eləcə də radiasiya mənbəyinin tədarükünü təmin etməlidir".

FHN rəsmisinin sözlərinə görə, radioaktiv mənbələrin ümumi aktivliyi 300 min küri təşkil edir, lakin qurğunun özü iki milyon küri həcmində işlərin görülməsi üçün nəzərdə tutulub: "Lakin ilkin mərhələdə ümumi aktivliyi 300 min küri olan radioaktiv mənbə tədarük ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti