...

Qeyri-neft sektoru dövlət büdcəsinə vergi daxilolmalarının 60 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 18:32 (UTC +04:00)
2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5,35 milyard manat təşkil edib.
Qeyri-neft sektoru dövlət büdcəsinə vergi daxilolmalarının 60 faizini təmin edib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5,35 milyard manat təşkil edib.

Trend-in Vergilər Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3,13 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 61 181 vergiödəyici qeydiyyata alınıb, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı 591 178-ə çatıb.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti