...

BVF Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə görülən tədbirləri yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2014 15:15 (UTC +04:00)
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BVF Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə görülən tədbirləri yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, 2014-cü ildə aparılan uğurlu iqtisadi siyasət barədə məlumat verib, bu siyasətin ölkəmizin vergi sistemi üçün müsbət nəticələri, vergi sisteminin dinamik inkişafına təsiri barədə danışıb.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində qeyri-neft sektorunda dinamik artım təmin edilib, bu da ölkədə vergi daxilolmalarının artımına müsbət təsir göstərib.

Vergilər nazirinin müavini Azərbaycanın vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən əhəmiyyətli uğurları qeyd edib.

BVF missiyasının rəhbəri R.Almarzoqi Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi istiqamətində texniki imkanların genişləndirilməsi, vergi sistemi və inzibatçılığının rəqabət qabiliyyətliliyinin təmin edilməsi, iqtisadiyyatın strukturunun formalaşması, innovasiyaların dəstəklənməsi siyasətində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə 2014-cü ildə vergi daxilolmaları üzrə proqnozların icrası və 2014-2015-ci illər üçün Vergilər Nazirliyi üzrə proqnoz göstəriciləri, qeyri-neft sektorundan vergi daxilolmalarının artım templərinin davamlı olması üçün təşəbbüslər, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və s. barədə fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti