...

BVF missiyası Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2014 17:12 (UTC +04:00)
Azərbaycanın maliyyə sektorunun ikinci qiymətləndirilməsini həyata keçirməyə hazırlamaq üçün Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası noyabrın 24-də Bakıya gəlir.
BVF missiyası Bakıya gəlir

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycanın maliyyə sektorunun ikinci qiymətləndirilməsinə hazırlıq üçün noyabrın 24-də Bakıya gəlir.

Trend-in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentin (MCD) müşaviri Raca Almarzoqi Azərbaycana səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Birinci qiymətləndirmə 2003-cü ildə keçirilmişdi.

Onun sözlərinə görə, ikinci qiymətləndirmə gələn il mart ayında başlayacaq və həmin il iyunun əvvəlində tamamlanacaq.

R.Almarzoqi qeyd edib ki, qiymətləndirmə prosesində ölkədə bütün maliyyə əməliyyatları əhatə olunacaq: "Azərbaycan hökuməti ilə məsləhətləşmələr üçün 2015-ci ilin iyununda Bakıya missiya gələcək. Missiyanın məqsədi "BVF-nin yaradılması haqqında" sazişin IV maddəsi çərçivəsində illik iqtisadi icmalı aparmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti