...

BVF: Gələn il Azərbaycanın ÜDM-i 3,5 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2014 18:01 (UTC +04:00)
Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 4 faiz, 2015-ci ildə isə 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.
BVF: Gələn il Azərbaycanın ÜDM-i 3,5 faiz artacaq

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı 4 faiz, 2015-ci ildə isə 3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) müşaviri Raca Almarzoqi Azərbaycana səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı Rusiya ilə məhdud iqtisadi əlaqələr şəraitində regional proseslərə davamlılıq nümayiş etdirib: "Ölkə ÜDM-nin artımının ilin sonunadək 4 faiz, gələn il isə 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırırıq. Neft hasilatı azalacaq, həmçinin ehtiyatlı büdcə-vergi siyasətinin və makroprudensial tədbirlərin aparılması nəticəsində qeyri-neft sahəsində artımın yavaşıması gözlənilir. İnflyasiyanın səviyyəsinin 3 faiz olacağı gözlənilir".

R.Almarzoqi qeyd edib ki, missiya fiskal davamılılıq istiqamətində əhəmiyyətli irəliləyişlər və gələn il büdcənin fiskal konsolidasiyasının aparılması çərçivəsində Azərbaycan hökumətini dəstəkləyir.

Onun sözlərinə görə, 2015-ci il dövlət büdcəsi layihəsində 1 barel neftin qiymətinin 90 dollar səviyyəsində nəzərdə tutulmasına baxmayaraq, beynəlxalq tədbirlərin keçirilməsinə çəkilən xərclər üzrə öhdəliklər fiskal imkanları məhdudlaşdırır: "Neftin qiymətinin enməsinin davam etməsi xərclərin azalması məsələlərinə baxmağa əsas verə bilər. Bununla belə, büdcə qaz ixracı coğrafiyasının genişləndirilməsi üçün tələb olunan xərcləri nəzərə almalıdır. Xərclərin və maliyyə hesabatlılığının yeni qiymətləndirilməsi başa çatdıqdan sonra dövlətin dövlət xərclərinin səmərəliliyini artırmaq üçün imkanı yaranacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti