...

Ukrayna böhranı Azərbaycan iqtisadiyyatına təsir edə bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2014 19:11 (UTC +04:00)
Ukraynadakı böhran Azərbaycan iqtisadiyyatının inkişafına təsir etmək gücündə deyil.
Ukrayna böhranı Azərbaycan iqtisadiyyatına təsir edə bilməz

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Ukraynadakı böhran Azərbaycan iqtisadiyyatının inkişafına təsir etmək gücündə deyil.

Trend-in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) müşaviri Raca Almarzoqi Azərbaycana səfərinin yekunları üzrə keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı daha çox karbohidrogenların ixracına istiqamətlənib, buna görə də Ukraynadakı böhran onun inkişafına yalnız dolayısilə təsir edə bilər: "Böhran regionun inkişafını ləngidir, lakin neftin qiyməti nə qədər ki nisbətən yüksək səviyyədədir, Azərbaycan iqtisadiyyatı bu problemlərə qarşı duruş gətirə bilər".

R.Almarzoqi qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Azərbaycana müsbət təsirini göstərə bilər: "Rusiyaya qarşı sanksiyalar Azərbaycana daha çox kənd təsərrüfatı məhsullarını ixrac etməyə imkan verir ki, bu da ümumilikdə iqtisadiyyata müsbət təsir edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti