...

"Bank of Baku"-dan nağd mikrokreditlərə Yeni il endirimi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 12:35 (UTC +04:00)
“Bank of Baku” Yeni il münasibətilə kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri üçün güzəştli nağd pul kredit kampaniyası elan edir.
"Bank of Baku"-dan nağd mikrokreditlərə Yeni il endirimi

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"Bank of Baku" Yeni il münasibətilə kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri üçün güzəştli nağd pul kredit kampaniyası elan edir. Trand bankdan cümə axşamı daxil olan məlumata istinadən xəbər verir ki, kreditləşmə kampaniyası iki mühüm üstünlükdən ibarətdir:

İllik faiz dərəcəsində 3%-dək endirim

İlk ayların və ya müştərinin seçdiyi fərqli dövrün ödəniş məbləğinin azaldılması

Kampaniya çərçivəsində müştəri həm faiz, həm də aylıq ödəniş məbləğini daha az miqdarda ödəyəcək.

Misal üçün:

10.000 AZN nağd kredit üzrə 2015-ci ilin aylıq ödənişləri 249 AZN-dən başlayacaq.

5000 AZN nağd kredit üzrə 2015-ci ilin aylıq ödənişləri 133 AZN-dən başlayacaq.

1000 AZN nağd üzrə 2015-ci ilin aylıq ödənişləri 27 AZN-dən başlayacaq.

Beləliklə, müştərilər üçün ilk ayların ödənişi "Bank of Baku" tərəfindən əhəmiyyətli dərəcədə azaldılır.

Cari kampaniyadan faydalanmaq istəyən kənd təsərrüfatı, xidmət, pərakəndə satış, öz işi ilə məşğul olan peşə sahibləri (məsələn, dərzilər, ustalar, bərbərlər, taksi sürücüləri,repetitorlar, satıcılar və s.)"Bank of Baku"-nun filiallarına dəvət olunurlar. "Bank of Baku"-nun sərfəli kampaniyalarından yararlanmaq üçün kiçik sahibkarlıqla məşğul olan şəxslər və bütün peşə sahibləri "Bank of Baku"-ya müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti