...

Türkiyəli mütəxəssis "PAŞA Həyat"da təlim keçdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycanın "PAŞA Həyat Sığorta" şirkəti işçilərinin bilik və bacarığının artırılması və daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasəti əsas tutaraq satış və Çağrı Mərkəzinin əməkdaşları üçün beynəlxalq təlimçinin iştirakı ilə treninq təşkil edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, təlim bu ilin fevral ayının 25-27-də Türkiyənin tanınmış "US Danışmanlık" Konsaltinq Şirkətinin rəhbəri, təcrübəli təlimçi Sevda Güner tərəfindən "PAŞA Həyat Sığorta" şirkətinin satış və Çağrı Mərkəzinin əməkdaşları üçün keçirilib.

Təlimdə bazar analizləri, satışın taktikası və incəlikləri, marketinqin əhəmiyyəti, satış və çağrı mərkəzi əməkdaşının davranış qaydaları və digər sahələr üzrə geniş təqdimatlar edilib. Təlimçi dərin nəzəri biliklərlə yanaşı, müasir qabaqcıl təcrübə nümunələri də nümayiş etdirib və real biznes mühitinin praktiki aspektləri ətraflı olaraq araşdırılıb.

Təlimin yeni formalaşmaqda olan yerli həyat sığortası bazarında sığortaçı-müştəri münasibətlərinin qurulmasında və inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti