...

Azərbaycan bölgələrinin e-kadastr bazasının yaradılması sürətləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2015 16:16 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi ölkə bölgələrinin elektron kadastr bazasının yaradılması üzrə işləri sürətləndirəcək.
Azərbaycan bölgələrinin e-kadastr bazasının yaradılması sürətləndiriləcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Elyaz Şəfiyev/

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə bölgələrinin elektron kadastr bazasının yaradılması üzrə işləri sürətləndirəcək. Trend-in məlumatına görə, bunu komitənin sədr müavini Rafiq Cəlilov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib: "Bununla əlaqədar regionların elektron kadastr bazasının yaradılması üzrə sürətləndirilmiş iş aparırıq. İşi tez bir zamanda başa çatdırmağı planlaşdırırıq".

R.Cəlilov qeyd edib ki, komitənin elektron xidmətlərindən onların tətbiq edilməsindən etibarən 179 min istifadəçi yararlanıb: "Hazırda komitə 31 elektron xidmət göstərir. Bunlardan ikisi - "Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı" və "İxtisaslaşdırılmış pul hərracı" - ilin əvvəlindən göstərilməyə başlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti