...

"Unibank"dan fərqli Novruz kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 15:35 (UTC +04:00)
Novruz yenilik, təzəlik deməkdir. Ona görə də bayramda alış-veriş etmək, sevdiklərinə hədiyyələr almaq hamımızın arzusudur.
"Unibank"dan fərqli Novruz kampaniyası

Novruz yenilik, təzəlik deməkdir. Ona görə də bayramda alış-veriş etmək, sevdiklərinə hədiyyələr almaq hamımızın arzusudur. Elə "Unibank" da bayramda böyüklü-kiçikli hamının arzusunu reallaşdıran, bahar əhvallı bir kampaniya ilə bayrama bayram qatıb.

Martın 19-dan 22-dək öz Albalı və Albalı Plus kartı ilə alış-veriş edənlərə 1 taksit də Unibank-dan hədiyyə olunacaq.

"Unibank" bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı SMS taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.

"Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq "Unibank" müştərisi cəmi 1 karta sahib olmaqla müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti