Azərbaycan, Bakı, 8 aprel /Trend/
"Səadan" yatağında 1807 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Siyəzənneft" NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Maykop Lay Dəstəsinə qazılmış quyu 1400-751 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.