...

"Bank of Baku" Mərkəzi Bankın nağdsız ödənişlər üzrə nominasiyasında liderliyini saxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2015 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankının ölkəmizdə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində apardığı fəaliyyət proqramı çərçivəsinə banklar arasında növbəti stimullaşdırıcı kampaniya keçirilib.

Bank of Baku-dan Trend-ə verilən məlumata görə, ötən illərin nominasiyalarından fərqli olaraq, bu il banklar 4 nominasiyada iştirak ediblər: nağdsız ödənişlər üzrə lider bank, elektron bankçılıq üzrə lider bank, elektron ticarətin inkişafında lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank.

Münsiflər heyətinin qərarına əsasən, 2014-cü ilin fəaliyyət hesabatına görə "Bank of Baku" yuxarıda qeyd olunan 4 nominasiyanın 3-də qaliblər sırasında yer alıb. Belə ki, "Bank of Baku" 2 nominasiyada, nağdsız ödənişlər üzrə lider bank və təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank seçilərək 1-ci yerə layiq görülüb, elektron bankçılıq üzrə lider bank nominasiyasında isə 2-ci yerə layiq görülüb.

Xatırladaq ki, 2013-cü ilin yekun hesabatına əsasən də "Bank of Baku" nağdsız ödənişlər üzrə 1-ci yerə layiq görülərək lider bank seçilmiş, elektron bankçılıq üzrə nominasiyada isə 3-cü yerdə qərarlaşmışdı.

Nağdsız ödənişləri dəstəkləməklə "Bank of Baku"Azərbaycan Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini verir.

Bank of Baku-ya məxsus kredit kartlarının əksəriyyətini Bolkart, loyal müştərilərə verilən "Dostlar Klubu" kartları, VİSA və MasterCard, həmçinin Mybrand's və İdeal kobrend kredit kartları təşkil edir. Bank of Baku-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüz minlərlə Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.

Bank of Baku-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti