...

“AtaBank” ASC nəğdsiz ödənişlər şəbəkəsini modernləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 10:37 (UTC +04:00)
“AtaBank” ASC bankın partnyor şəbəkəsində Visa payWave kontaktsız ödənişləri dəstəkləyən yeni POS-terminallar quraşdırıb.
“AtaBank” ASC nəğdsiz ödənişlər şəbəkəsini modernləşdirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 aprel /Trend/

"AtaBank" ASC bankın partnyor şəbəkəsində Visa payWave kontaktsız ödənişləri dəstəkləyən yeni POS-terminallar quraşdırıb.

Bankdan Trend-ə verilən məlumata görə, 132 ticarət obyektində quraşdırılmış yeni avadanlıq sahəsində müştərilər ödənişlərini həm ənənəvi yolla maqnit zolağlı və ya çipli kartlarla həm də Visa payWave kontaktsız kartları ilə ödəyə biləcəklər.

Bu haqda "AtaBank" ASC-nin İcraçı Direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib.

Visa payWave texnologiyası haqqında məlumat.

Visa payWave kontaktsız texnologiyası ən dinamik inkişaf edən ödəniş texnologiyalarından biridir. Onun tətdiqi həm istifadəçilərə həm də ticarət-iyaşə obyektlərinə bir sıra faydalar bəxş edir ki, bunların arasında sürət, rahatlıq və təhlükəsizliyi göstərmək olar.

Visa payWave texnologiyası bütün kontaktsız terminal quraşdırılmış ticarət obyektlərində ödənişləri dərhal həyata keçirməyə imkan yaradır. Bunun üçün kartı ödəniş terminalından keçirməyə və ya taxmaqa gərək yoxdur, hətta 20 manatdan aşağı ödənişlərdə isə pin-kod girmək və ya qəbz imzalamağa da ehtiyac qalmır. Ticarət nöqtəsinin Visa payWave kartları ilə ödəniş qəbul edib etmədiyini POS-terminalın üzərində və ekranında kontaktsız ödəniş loqosunun olduğundan əmin olmaq lazımdır. Visa payWave kartları hər ödənişlə birgə ötürülən şifrlənmiş kod sahəsində yüksək Visa təhlükəsizlik standartlarına malikdir. Əlavə olaraq ödəniş zamanı kart istifadəçisi kartı ticarət obyektinin işçisinə vermədən terminala özü yaxınlaşdırır.

Bank kartlarından başqa Visa payWave texnologiyası kontaktsız ödənişləri dəstəkləyən mobil telefonlarda da tətbiq oluna bilər. Telefon vasitəsi ilə ödənişləri Visa payWave kartlarını qəbul edən terminallarda həyata keçirmək mümkündür.

Visa payWave kontaktsız ödənişlərinin tətbiqi ticarət-iyaşə obyektlərinə prosessi sürətləndirməyə, müştəri xidmətinin səviyyəsini yüksəltməyə, ticarət zalında sıraları azaltmağa və müştəri axınını artırmağa imkan yaradır.

"AtaBank" ASC 2004 ildən "Visa" beynəlxalq ödəniş sisteminin assosiativ üzvüdür. Ölkənin ən böyük POS-terminal şəbəkəsinin sahibi olan AtaBank tədricən bütün terminallarında kontaktsız ödəniş funksiyasını tətbiq etməyə başlayır.

Bankın emissiya etdiyi kartların sayı 26 000-ə yaxındır. Bankın bankomatlarının sayı 80, POS-terminalların sayı isə 18 000 çoxdur.

"AtaBank" ASC-nin ödəniş məhsulları haqqında daha ətraflı məlumat öyrənmək istəyən şəxslər www.atabank.com saytına və ya www.facebook.com/AtaBank sosial şəbəkəsinə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti