Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Maksim Tsurkov/
Mayın 26-da Nyu Yorkda bankçılıq və maliyyə sahəsində Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Bu barədə Trend Market Watch-ə istinadən məlumat verir.
Forumun məqsədi ABŞ-ın maliyyə qurumları və digər şirkətlərinin Azərbaycanın maliyə sahəsindəki investisiya imkanları ilə tanış olmaqdır.
ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkil etdiyi forumun daha bir vacib məqsədi ABŞ-da Azərbaycan banklarının investisiya imkanlarının müəyyənləşdirilməsidir.