...

Həştərxan istixana komplekslərinin yaradılmasında Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 19:49 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Həştərxan istixana komplekslərinin yaradılmasında Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan, Bakı, 26 may /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələri inkişaf edir, ölkələrimizin iqtisadi və ticarət sahəsində əməkdaşlığını əks etdirən göstəricilər artır. Bununla belə, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan Rusiyanın regionları, o cümlədən Həştərxan vilayəti ilə də uğurla əməkdaşlıq edir. Həştərxan vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri Rusiyanın regionları ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaq.

Azərbaycan və Rusiya arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışan Ş.Mustafayev kənd təsərrüfatı, turizm, emal və s. sahələrdə, eləcə də Azərbaycanda təsis edilən sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanları qeyd edərək, əməkdaşlıq üçün potensialı diqqətə çatdırıb.

Həştərxan vilayəti hökumətinin sədri K.Markelov Azərbaycandakı davamlı inkişafı vurğulayıb, Həştərxan iqtisadiyyatına dair məlumat verib. O, Həştərxanın kənd təsərrüfatı məhsullarının emalı və istixana komplekslərinin yaradılması sahələrində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.

Görüşdə iqtisadi sahədə Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti