...

BVF neftin qiymətinin azalmasının manata təsirini açıqladı (ƏLAVƏ OLUNUB-2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2015 16:20 (UTC +04:00)
Neftin dünya bazarında qiymətinin 1 barelə görə 50 dollardan aşağı düşmə ehtimalı Azərbaycanın milli valyutasının təkrar devalvasiyasına gətirib çıxarmayacaq.
BVF neftin qiymətinin azalmasının manata təsirini açıqladı (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Azad Həsənli/

Neftin dünya bazarlarında qiymətinin 1 barelə görə 50 dollardan aşağı düşmə ehtimalı Azərbaycanın milli valyutasının təkrar devalvasiyasına gətirib çıxarmayacaq.

Trend-in məlumatına əsasən, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

O bildirib ki, buna səbəb Azərbaycan hökumətinin 2016-cı il büdcə layihəsində neftin qiymətini 1 barelə görə 50 dollar nəzərdə tutması olub.

Missiya rəhbəri qeyd edib ki, hazırda ölkə üçün korrupsiyaya qarşı mübarizə, gömrük prosedurlarının, biznes mühitinin təkmilləşdirilməsi əsas məsələdir: "Hökumət xərclərinin azaldığı məlumdur, ancaq yuxarıda qeyd olunan meyarlara əməl edilsə, bu, iqtisadiyyatın canlanmasına gətirib çıxaracaq və milli valyutanın zəifləməsinin qarşısını alacaq".

R.Almarzoqinin sözlərinə görə, Azərbaycan büdcəsində neftin qiymətinin 1 barelə görə 50 dollar nəzərdə tutulması indiki real vəziyyəti çox yaxşı əks etdirir: "Nəzərə alsaq ki, 2019-cu ilədək 1 barel neftin qiyməti 75 dollardan yuxarı qalxmayacaq, o zaman büdcədə neftin qiymətinin indiki 50 dollar səviyyəsində götürülməsi daha münasibdir".

O, əlavə edib ki, bu il Azərbaycan büdcəsində neftin qiyməti 90 dollar/barel səviyyəsində müəyyənləşdiyindən büdcə çox güman ki, tam icra olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti