...

BVF IV maddə üzrə Azərbaycanla məsləhətləşmələr aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2015 17:48 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 2015-ci il dekabrın əvvəlində BVF Sazişlər Maddəsinin IV maddəsi üzrə Azərbaycanla illik məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələcək.
BVF IV maddə üzrə Azərbaycanla məsləhətləşmələr aparacaq

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Azad Həsənli/

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası 2015-ci il dekabrın əvvəlində BVF Sazişlər Maddəsinin IV maddəsi üzrə Azərbaycanla illik məsləhətləşmələrin keçirilməsi üçün Bakıya gələcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan Mərkəzi Bankının qızıl valyuta ehtiyatlarının azalmasına baxmayaraq, vəziyyətin sabitləşdiyi müşahidə edilir: "Düşünürük ki, hökumət öz qızıl valyuta ehtiyatlarını qoruyub saxlaya biləcək. Buna, həmçinin IV maddə çərçivəsində BVF-nin qiymətləndirici missiyasının məsləhətləri və tövsiyələri səbəb olub".

Qeyd edək ki, R.Almarzoqinin başçılığı altında BVF-nin missiyası iyunun 1-dən Bakıdadır. Səfər çərçivəsində hökumət, QHT nümayəndələri, diplomatik missiyalar və başqaları ilə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti