...

BVF: “2015-ci ildə Azərbaycanın dövlət büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək”

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 12:00 (UTC +04:00)
2015-ci ildə Azərbaycan dövlət büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək.
BVF: “2015-ci ildə Azərbaycanın dövlət büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək”

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Azad Həsənli/

2015-ci ildə Azərbaycanın dövlət büdcə kəsiri ÜDM-in 6 faizini təşkil edəcək. Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi deyib.

O bildirib ki, BVF-nin proqnozuna əsasən, cari hesab profisiti ÜDM-nin 5,5 faizinədək enəcək, büdcədə isə təqribən ÜDM-nin 6 faizi səviyyəsində kəsir yaranacaq: "Neftin qiyməti aşağı enərsə və ya bank sisteminin devalvasiyadan sonra yaşadığı stress gözləniləndən daha geniş olarsa, ÜDM-nin kəskin və ehtimal ki, davamlı enişinin qarşısını almaq mümkün olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti