...

Azərbaycan şirkəti İranda zavod tikmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2015 11:46 (UTC +04:00)
Azərbaycan şirkəti İranda zavod tikmək istəyir.
Azərbaycan şirkəti İranda zavod tikmək istəyir

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan şirkəti İranda zavod tikmək istəyir.

Trend-in məlumatına görə, bunu İran-Azərbaycan hökumət nümayəndələri arasında keçirilən görüşdə İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: "Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var. Onun həlli üçün də Ticarət Palatasında danışıqlar aparılacaq. "Iran Khodro" şirkəti də Azərbaycanda zavod tikmək istəyir. Biz bunu alqışlayırıq və yer verməyə hazırıq".

O, qeyd edib ki, İran və Azərbaycan əczaçılıq, turizm və viza sahəsində əməkdaşlığı davam etdirir.

Nazir əlavə edib ki, 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib ki, bu da böyük göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti