...

Sabirabadın Əsədli kəndinə təbii qazın verilişi bəra edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2015 16:16 (UTC +04:00)
Avqustun 14-də Sabirabad rayonunun Əsədli kəndinə təbii qazın verilişi bərpa edilib.
Sabirabadın Əsədli kəndinə təbii qazın verilişi bəra edilib

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Avqustun 14-də Sabirabad rayonunun Əsədli kəndinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 366 abonenti olan Əsədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 47000 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 366 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndə təbii qazın yenidən verilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti