Ekspert Fərhad Əmirbəyov
Premodern, modern, postmodern nədir: onlar nə ilə xarakterizə edilirlər?
Bəşəriyyətin tarixi prosesini müxtəlif cür təsvir etmək olar.Hər şey tətbiq edilən elmi yanaşmadan asılıdır. Mən iqtisadi instrumentaridən istifadə etmək niyyətindəyəm, çünki yeni məqalə silsilənin son məqsədi bizim Vətənimizin sosial-iqtisadi inkişafının yeni yollarının axtarışıdır.
Beləliklə, başlayaq. Tarixi hər hansı bir-birlərini arıdıcıl əvəz edən hərəsi əvvəlkindən istehsal vasitələrinin inkişaf səviyyəsi ilə və ya indi necə deyirlər, texnoloji inkişafla fəqlənən mərhələlərə bölən, insan tərəqqinin inkişafının təsviri konsepsiyasından fərqli olaraq, mən bir qədər fərqli, xəttli olmayan yanaşmadan istifadə edirəm. Hesab nöqtəsi bu və ya digər cəmiyyətdə bütün lazımı və yanaşı gedən aspektlərlə sənaye, kütləvi istehsalat metodları üstünlük təşkil edən sistem olan dövr olacaq. Cəmiyyətin belə tərzi modern adlanır. İstənilən cəmiyyət, dövlət öz inkişafında tam modernə nail ola bilər, onu keçə bilər və ya premoderndə qala bilər və premoderndə qalmaq və həmçinin premodernə qayıda bilər. Cəmiyyətdə təbii ehtiyatların hasilatı və istifadə sahələri iqtisadiyyatda üstünlük təşkil edən sahələr olan (çıxaran sahələr), xammal emalı ya ümumiyyətlə yoxdur, ya yaxşı inkişaf etməyib, ya xammalın eksportu üstünlük təşkil edən və/və ya mal istehsalının qeyri-sənaye metodları istifadə olunan cəmiyyəti premodenr adlandıracayıq. Bir çox mal və xidmət növləri idxal olunurlar.Ancaq eksport xammal sahələrini dəstəkləməyə çalışan iqtisadi sahə tez qurulur. İnvestisiyalar, innovasiyalar ancaq bu sahələrə can atırlar. Ən nüfuzlu və yüksək maaşlı, ancaq çox az sayda olan yerlər elə orada formalaşır. Əslində, hakimiyyətin vahid məqsədi xammalın eksportundan alınan həddindən artıq gəlirin paylaşrıdılması olur. Müvəffəqiyyətə nail olmaq və ya iflasa davam gətirməyə imkan verən yeganə şərt cəmiyyətin və idarəedən elitin kamilliyi olur. Bizə məlum olan bəşəriyyət tarixinin böyük hissəsi - bu postmodern mərhələsidir.
Modern 19-20 ə. xüsusən tez inkişaf edib. Əvvəl toxuculuq sənayesində, sonra digər sahələrdə də maşın istehsalatı, buxarla işləyən maşınlarının, dəmir yollarının yaranması, enerjinin yeni növlərin və mənbələrin ardıcıl istifadəsi. Külək və insan və heyvanların əzələ enerjisindən, suyun enerjisindən, buxar enerjisindən elektrik enerjisinə, enerji mənbələri üzrə odun və kömürdən neft və qaza, atom enerjisinə və s. Milli dövlətlər öz sənayelərini daxili bazarlarda xarici istehsalatçıları ilə rəqabətdən çox qoruyurdular və malların eksportunu hər cür dəstəkləyirdilər. Şirkətlər vergiləri əsasən milli hakimiyyətlərlə ödəyirdilər.Sənaye inkişafından və ticarətdən günü-gündən artan gəlirə malik olaraq və həmçinin iqtisadiyyatın ixtisaslaşmış fəhlə əllərinə olan tələbatının təmin edilməsi üçün modern ölkələri hər yerdə unifiksiyaya, dövlət idarəçilik siteminin standartlaşmasına, kütləvi və əlçatan tibbin və təhsilin, elmin "dilinin" və s. tətbiqinə can atmağa başladılar. Kütləvi ordular, unifikasiya edilmiş və effektiv silahlaşma sistemləri meydana çıxdı.
Əvvəl istehsalatın mexanikləşməsi, sonra isə avtomatlaşması baş verirdi. Kadrlara, onların səlahiyyət səviyyələrinə, mədəniyyətinə və sağlamlığına olan tələblər daima artırdı.Kütləvi istehsalat məqsədi ilə nümunənin tirajlaşması üçün əvvəl keçmiş kəndlilərə savad öyrətmək lazımdır. Bu əhalinin mədəniyyətinin yüksəldilməsini və keyfiyyətli kütləvi təhsilin tətbiqini tələb edirdi. Maarif modern ölkələrini sosial dəyişiliklərə yönəltdi. Yüksək ixtisaslı fəhlələrlə, mühəndislərlə, hüquqşünaslarla, həkimlərlə, müəllimlərlə və s. təqdim edilmiş orta sinif yaranır.
Modern inkişaf etdikcə, sənaye və maliyyə aktivlərinin sahiblik məsələlərində aşağıdakı təkamül baş verdi:
Şirkət və bankların daimi konsentrasiyası və böyüməsi, oliqopoliyaların və monopoliyaların yaranması, iqtisadiyyatda dövlət bürokratiya təsirinin artımı, yavaş-yavaş dövlətin demokratiya quruluşunun və bazar iqtisadiyyat prinsiplərinin məzmununu saxtalaşdırdı (məsələn, azad rəqabət və xüsusi mülkiyyət hüququnu). Mülkiyyət kimə məxsus olduğu deyil, məhz onu kim və hansı prinsiplərdə idarə etdiyi əhəmiyyətli oldu. Real hakimiyyət korporasiyaları idarə edən menecerlərin əlində oldu. Korporatokratiya vaxtı gəldi.
Postsənaye era nə ilə səciyyələnir (postmodern)?
İlk əvvəl, qeyd etmək lazımdır ki, postmoderndə nümunələrin tirajlaşma dəyəri inanımaz dərəcədə azaldı.İstehsalatın avtomatlaşdırılması baş verir(nəqliyyat istehsalatı, kənd təsərrüfatı istehsalatında,elektronika və s. çoxsaylı nümunələr). Demək olar ki, bütün sənaye tipli istehsalat zərərli oldu və modernin inkişaf etmiş ölkələrindən premodern ölkələrinə keçirildi ( inkişaf edən ölkələr). Yeri gəlmişkən, yayılmış olduğuna baxmayaraq, çox şübhəli tərifdir.
Premodern ölkəsi niyə inkişaf etmiş ola bilməz, təbii ki, öz ixtisaslaşma çərçivəsində?
Yüksək sosial standartları və modern şirkətlərində yüksək əmək xərcləri ona gətirdilər ki, onların işləməsi arabir dövlətin vasitəsiz və vasitəli maliyyə yardımları ilə, milli valyutanın endirilmiş valyuta kursu ilə və digər metodlarla dəstəklənir.
Əmək məhsudarlığının daimi artımı, istehsalatın avtomatlaşdırılması, beynəlxalq ticarətin və maliyyənin qloballaşması korporasiyalara milli sərhəd və qaydalardan xaric inkişaf etməyə və bir nəticə kimi, öz hakimiyyətlərinə daha az vergi ödəmək imkanı verdilər. Bundan əlavə, aydın oldu ki, beynəlxalq korporasiyalar elə birgə güc və eksterrorial status əldə etdilər ki, onlar dövlətləri özünə tabe etməyə başladılar. Maliyyəlnin və mülkiyyət hüququnun hərtərəfli ofşorlaşması milli dövlətləri bir çox maliyyə mənbələrindən məhrum etdi və onları obyektiv zəiflətdi. Elə bir şərait formalaşdı ki, siyasi üstqurum iqtisadi reallıqları əks etdirmirdi.
Postmodern mərhələsində avtomatlaşdırılmış istehsalat ÇİS1 əvəz olunur. Əgər avtomatlaşdırılmış istehsalat zamanı hələ ixtisaslaşmış fəhlə işi istifadə olunursa, GİS zamanı, demək olar ki, istifadə olunmur. Daha savadlı fəhlə ordusunda ehtiyac yoxdur.Buna görə də kütləvi, keyfiyyətli və əlçatan təhsil sisteminin dəstəklənməsinin mənası yoxdur.
Çoxlu sayda uzun və bahalı kommunikasiyalarda ehtiyac olmur.Xüsusən də bu enerji daşıyıcıların loqistikasına aiddir, çünki postmodern texnikaları istehsalatı harada olursa olsun tez və gəlirlə lokallaşdırmağa və həmçinin onu tez yığışdırmağa və başqa yerə keçirməyə imkan verirlər.
Müharibələrin aparılması strateqiyası və taktikası dəyişir. Böyük cəbhələr, açıq-aydın düşmənlər və tərəfdaşlar yoxdur. Modern dövrünə xas olan, xəyalları həyəcanlandıran ağır silah və müharibə keçirilmə bacarıqları dövləti və vətəndaşları qorumağda gücsüzdür.
Xüsusi orduların və xidmətlərin sayı artıq üç yüzə yaxınlaşır. Müharibələr ancaq dövlətlərlə deyil, həmçinin korporasiyalarla aparılır.
Biz bir sıra ölkələrin hakimiyyətləri azsaylı, lakin yaxşı idarə olunan öz vətəndaşların bir hissəsi onlara qarşı duran şəraitlərdə tamamilə gücsüz olduğunu gördük. Sabitliyin və qanunluğun saxlanılmasına şüarlar işləmir,çünki ictimai məhsulun və rifahın paylanılması kifayət qədər bərabər olmayan və çoxluğun əli çatmadığı zamanı həmin qanun şübhə yaradır.
Xüsusi və dövlət borcun artımından yüksək tədarük səviyyəsini saxlamaq daha mümküm olmadığı, vergilər isə faciəli surətdə çatmadığı şəraitdə, mövcud olan şeylərin qaydaları qabaqçadan razılaşdırılmadan dəyişir. Biz artıq " Ərəb yazı", "Rusiya qışı" ilə tanışıq, indi isə " Avropa yayını" gördük. (Kipr, Yunanıstan)
Növbəti materialda izah edilmiş metodologiya çərçivəsində Azərbaycanın cari yerini araşdıracağıq.
Məqalə ARPA Divanın iclasında edilən məruzə əsasında hazırlanıb