...

Xalq Bankdan Hesab.az istifadəçilərinə yeni imkanlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2015 14:17 (UTC +04:00)
Artıq www.hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları “Dərhal dəyiş” bölməsindəki Xalq Bankın təqdim etdiyi Visa İnternet kartına dəyişib bu kart vasitəsilə internetdə təhlükəsiz və rahat ödənişlər edə bilərlər.
Xalq Bankdan Hesab.az istifadəçilərinə yeni imkanlar

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Artıq www.hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları "Dərhal dəyiş" bölməsindəki Xalq Bankın təqdim etdiyi Visa İnternet kartına dəyişib bu kart vasitəsilə internetdə təhlükəsiz və rahat ödənişlər edə bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, bonuslar karta dəyişdirildikdə kart pulsuz təqdim olunacaq və istifadə üçün ilkin mədaxil tələb edilməyəcək.

Xatırladaq ki, Xalq Bankın Visa Classic/MC Standard, Visa/MC Gold, Visa Platinum, Visa İnternet, Dizayn Kart, Visa/MC Business və əmək haqqı kartlarının sahibləri avqust ayının 1-dən etibarən www.hesab.az onlayn ödəniş portalında qeydiyyatdan keçib, kommunal, rabitə, kabel televiziya, mobil operator, internet provayder və digər xidmətlərin haqqını Xalq Bankın kartı ilə ödəyərək ikiqat bonus qazanırlar.

Nəticədə müştərilərimizin www.hesab.az portalında təşkil edilən çoxsaylı aksiya və kampaniyalarda müxtəlif hədiyyə qazanmaq şansı iki dəfə artır.

Xalq Bankın Visa Classic/MC Standard və Visa/MC Gold kartları Bankın istənilən filialında pulsuz təqdim edilir. Plastik kartlar və kampaniya haqqında daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti