...

Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılışı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2015 10:40 (UTC +04:00)
Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.
Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzinin açılışı olacaq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı şəhərində fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, rəsmiləri və turizm ictimaiyyəti iştirak edəcək.

Qeyd edək ki, Mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi və paket təkliflər də əldə etmək xidmətləri təklif olunacaq. Müştərilər şirkətə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.

Ünvan: Bül-bül prospekti, 26; Əlaqə nömrəsi: 310 11 10 daxili (5101)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti