...

Ölkədə pambıqçılığa maraq niyə azalıb?

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2015 13:09 (UTC +04:00)
Ötən il Azərbaycanda 46 min tona yaxın pambıq toplanıb.
Ölkədə pambıqçılığa maraq niyə azalıb?

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Ötən il Azərbaycanda 46 min tona yaxın pambıq toplanıb. Azərbaycanda "ağ qızıl"ın inkişafı üçün münbit şərait olsa da, bu göstərici olduqca aşağıdır. Azərbaycanda pambıq, xüsusilə Kür-Araz ovalığında yetişdirilir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün ölkəmizdə yüksək məhsuldarlığa malik, quraqlıq, xəstəlik və ziyanvericilərə davamlı, tez yetişən sortların sayının kifayət qədər olmasına baxmayaraq, pambığa maraq heç də ürəkaçan deyil. Fermerləri qane etməyən məsələ bu məhsulun satış qiymətinin aşağı olmasıdır. Qiymətə isə təsir edən amil emal sahələrinin azlığıdır.

Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun mütəxəssisləri yeni emal sahələrinin yaradılmasının respublikaya milyardlarla manat məbləğində gəlir gətirə biləcəyini qeyd edirlər. Eyni zamanda, pambıqçılığa marağın artması özü ilə birlikdə bir sıra sahələrin sürətli inkişafına səbəb ola bilər.

İnstitutun direktoru Həsənəli Aslanov deyib ki, pambıqçılıq sahəsinin inkişafı yüz minlərlə işyeri deməkdir: "Pambıqçılığın inkişaf etdirilməsi heyvandarlığın da sürətli inkişafına bir başa təsir göstərə bilər. Heyvandarlıqda pambıq çiyidi ən qüvvəli yem hesab edilir və ağ qızılın 2/3 hissəsini çiyid təşkil edir. Bununla yanaşı, pambıq yağı ərzaq kimi də qiymətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti