...

Azərbaycan İŞİD-lə əlaqəsi olanların maliyyə əməliyyatları üzərində nəzarəti gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2015 16:16 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidməti İŞİD terror təşkilatı ilə əlaqələri olan 4 nəfəri terrorçuluğu dəstəkləməyə görə beynəlxalq sanksiyaların tətbiq edildiyi hüquqi və fiziki şəxslər siyahısına əlavə edib.
Azərbaycan İŞİD-lə əlaqəsi olanların maliyyə əməliyyatları üzərində nəzarəti gücləndirir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti İŞİD terror təşkilatı ilə əlaqələri olan 4 nəfəri terrorçuluğu dəstəkləməyə görə beynəlxalq sanksiyaların tətbiq edildiyi hüquqi və fiziki şəxslər siyahısına əlavə edib.

Trend-in Maliyyə Monitorinqi Xidmətinin saytına istinadən verdiyi məlumata görə, insanları İŞİD-ə cəlb etməklə məşğul olan Aqsa Mahmud və Salli-Enn Fransisin, eləcə də terror təşkilatının tərəfində döyüşən Nasir Əhməd Muthana və Ömər Əli Hüseynin adları siyahıya daxil edilib.

Bu dəyişiklik BMT Təhlükəsizlik Şurasının "Əl-Qaidə"yə qarşı sanksiyalar üzrə komitəsinin yenilənmiş beynəlxalq siyahısına və 1267, 1989 və 2161 saylı qətnamələrinə uyğun edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti