...

Manatla ipoteka kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 15:51 (UTC +04:00)
Kristal Abşeron MTK 2003-cü ildən inşaat sektorunda fəaliyyət göstərir.
Manatla ipoteka kampaniyası

Bakı. Trend:

Kristal Abşeron MTK 2003-cü ildən inşaat sektorunda fəaliyyət göstərir.

Trend-in məlumatına görə, ötən illər ərzində şirkət Bakı, Xırdalan və Sumqayıt şəhərlərində müxtəlif ərazilərdə bir çox yeni layihələri başa çatdıb ki, hal-hazırda sakinlər rahat yaşayırlar. İstismara verilən mənzillər qaz və digər kommunal xidmətlərlə təmin edilib. Eyni zamanda mənzillərə Dövlət Reyestr Xidmətindən çıxarış alınmışdır. Şirkət Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında inşa edilən yaşayış kompleksində 2903 manatdan başlayan ilkin ödənişlə, 10 il müddətinə sərfəli kredit şərtləri ilə 1, 2 və 3 otaqlı fərqli ölçülü mənzillər təklif edir. Mənzilləri MANATLA İPOTEKA KAMPANİYASI ilə əldə edə bilərsiniz. Kampaniya çərçivəsində təqdim olunan mənzillərdə bütün sənədləşmələr Azərbaycan manatı ilə aparılır. Belə ki sadəcə şəxsiyyət vəsiqəsi ilə ilkin ödəniş məbləğini ödəməklə kompleksdən yeni mənzil sahibi ola bilirsiniz. MTK bütün mənzilləri tam təmirli təhvil verir. Təmirə Almaniya istehsalı avadanlıqlarla istehsal edilmiş plastik qapı və pəncərələr, taxta atqılı dikt üzərinə parket döşəmə, İspaniyadan birbaşa alınan kafel-metlax, İtaliya istehsalı olan parça tərkibli divar kağızları, Türkiyə istehsalı mənzilin giriş qapısı, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları, Belarusiya istehsalı daxili qapılar və s. daxildir. Mənzillər mərkəzi isti su və istilik sistemi, mərkəzi kabel televiziyası, telefon və internet xəttləri və bütün kommunal xidmətlərlə təmin edilir. Kompleks daxilində körpələr üçün uşaq bağçası, sakinlərin istirahəti üçün ümumi ərazisi 1,5 hektardan geniş olan müasir park, yeraltı geniş avtodayanacaq, ticarət və iaşə obyektləri nəzərdə tutulub.

Mənzil binanın inşa mərtəbəsindən asılı olaraq ən gec 12 ay müddətinə sakinin istifadəsinə təhvil verilir. Şirkətin inşa etdiyi bütün binalar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışla (kupça) ilə təmin edilir.

Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30
Ətraflı məlumat: 1544, +994123413033, +994504480000

Məqalədə:
Xəbər lenti

Xəbər lenti