...

Bakı Limanı BMT-nin quru limanlar üzrə işçi qrupunun ilk görüşündə iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2015 16:55 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və İstismar Xidmətinin müdiri Yucin Seah (Eugene Seah) Taylandın Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə quru limanların işi üzrə işçi qrupunun ilk görüşündə iştirak ediblər.
Bakı Limanı BMT-nin quru limanlar üzrə işçi qrupunun ilk görüşündə iştirak edib

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və İstismar Xidmətinin müdiri Yucin Seah (Eugene Seah) Taylandın Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə quru limanların işi üzrə işçi qrupunun ilk görüşündə iştirak ediblər.

QSC-dən Trend-ə verilən məlumata görə, görüş çərçivəsində Quru Limanlar üzrə Hökumətlərarası Razılaşmanın həyata keçirilməsi statusu, quru limanların inkişafına dair məsələlər, o cümlədən quru limanlara investisiyaların cəlb edilməsi müzakirə edilib. İlkin olaraq, nümayəndə heyətləri öz ölkələrində quru limanların inkişafı ilə bağlı atılan addımlar və strategiyalar, o cümlədən quru limanların beynəlxalq əhəmiyyətininin artırılması istiqamətində irəli sürdükləri təkliflər barədə məlumat veriblər.

Qeyd edək ki, görüşdə Azərbaycanla yanaşı, Banqladeş, Butan, Çin, Hindistan, İran, Yaponiya, Qazaxıstan, Monqolustan, Myanmar, Nepal, Pakistan, Filippin, Koreya Respublikası, Rusiya, Şri Lanka, Tacikistan, Tayland, Türkiyə, Özbəkistan və Vyetnam kimi ölkələr təmsil olunub.

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Bakı Limanı ilə yanaşı, Azərbaycan Nəqliyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri də təmsil olunublar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin yaradılıb. Hazırda Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük limanı olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti