...

Azərbaycanın hansı bölgələrində qadın sahibkarlar daha çoxdur?

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2016 17:25 (UTC +04:00)
Azərbaycanda sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,3 faizini kişilər, 19,7 faizini isə qadınlar təşkil edir.
Azərbaycanın hansı bölgələrində qadın sahibkarlar daha çoxdur?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,3 faizini kişilər, 19,7 faizini isə qadınlar təşkil edir.

Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, qadınlar "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1 faizini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 22,5 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,6 faizini təşkil edir.

Sahibkar qadınların 38,3 faizi Bakıda, 16,5 faizi Aran, 15,3 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,4%), Gəncə-Qazax (23,5%) və Şəki-Zaqatala (21,2%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti