...

Dünya Bankı Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsini yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2016 18:46 (UTC +04:00)
Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Dünya Bankı Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsini yüksək qiymətləndirir

Bakı. Trend:

Fevralın 1-də Vergilər Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, dünyada baş verən kataklizmlərə baxmayaraq, 2015-ci ildə aparılan uğurlu iqtisadi siyasət, ölkəmizdə makroiqtisadi vəziyyətin sabitliyi, Azərbaycan iqtisadiyyatının xarici təsirlərə dayanıqlılığı, vergi sistemində aparılan modernləşmə prosesi, texnoloji imkanların genişləndirilməsi, vergi inzibatçılığı və elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Dünya Bankının Cənubi Qafqaz üzrə proqram rəhbəri Raşmi Şankar yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları, vergi sisteminin modernləşdirilməsi və innovasiyaların dəstəklənməsində vergilərin stimullaşdırıcı rolunun artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.

Görüşdə vergi siyasəti, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş son tədbirlər, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və növbəti islahatlarla bağlı planlarla bağlı fikir mübadiləsi aparılıb, missiya üzvlərinin sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti