...

"AtaBank" ASC Xocalı faciəsinə həsr edilmiş tədbir keçirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 10:37 (UTC +04:00)
Fevralın 21-də “AtaBank” ASC-nin təşkilatçılığı ilə “Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.
"AtaBank" ASC Xocalı faciəsinə həsr edilmiş tədbir keçirdi (FOTO)

Bakı. Trend:

Fevralın 21-də "AtaBank" ASC-nin təşkilatçılığı ilə "Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Bankdan Trend-ə verilən məlumata görə, tədbir "Excelsior Hotel & Spa Baku" otelində keçirildi.

Tədbidə yazıçı Fazil Abbasov, yazıçı Məzahir Süleymanzadə, yazıçı Cəlaləddin Quliyev, "AtaHolding" ASC Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, KİV nümayəndələri və məktəb şagirdləri iştirak etdilər.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanları və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş və fevralın 26-sı "Xocalı soyqırımı günü" elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasına başlanılmışdır.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqe formalaşıb. Tədbirdə iştirak edən yazıçılar Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verdilər. Tədbirdə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci il mart və1992-ci il Xocalı soyqırımları, 1990-cı il 20 yanvar faciəsi və s. barədə geniş məlumat verildi. Ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocanı, qadını, uşağı qətlə yetirmiş, meyitləri baxılmaz şəklə salmış, mindən çox Xocalı sakinini əsir götürmüşdülər.

Məmləkətimizin başına açılan dəhşətli hadisələr, ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasəti heç zaman unudulmayaq və gənc nəslin marifləndirilməsində davamlı olaraq "AtaBank" ASC tədbirlər həyata keçirəcək.

Tədbirin sonunda yazıçılar Xocalı faciəsi və Qarabağ müharibəsi haqqında yazdıqları kitabları iştirakçılara hədiyyə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti