129 ölkəni əhatə edən reytinqdə Azərbaycan "daşınmaz əmlakın qeydiyyatı" kateqoriyasında ən yaxşı 20-likdədir

129 ölkəni əhatə edən reytinqdə Azərbaycan "daşınmaz əmlakın qeydiyyatı" kateqoriyasında ən yaxşı 20-likdədir

Bakı. Trend:

Tacikistanın nümayəndə heyəti daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı Azərbaycanda təlim səfərində olub.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Tacikistanın daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə müvafiq dövlət qurumunun 10 nəfərdən ibarət nümayəndə heyəti 6 mart tarixində Azərbaycana təlim səfərinə gəlib. Səfərin məqsədi ölkə rəhbərliyinin tapşırığı ilə mülkiyyət hüquqlarının qeydiyyatı sistemi, daşınmaz əmlakın kadastrı, torpaq idarəçiliyi ilə bağlı Azərbaycanda aparılmış uğurlu islahatlarla tanış olmaq, Azərbaycan təcrübəsindən yararlanmaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tacikistan nümayəndə heyəti üçün martın 10-da komitənin İnformasiya Texnologiyaları Mərkəzində "Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində Azərbaycan təcrübəsi" mövzusunda təlim-seminar keçirilib. Tədbirdə komitə Aparatı və əlaqəli qurumları, Dünya Bankının Bakı Ofisi və media nümayəndələri iştirak edib. Tədbir çərçivəsində qeydiyyat və kadastr sistemi ilə bağlı müxtəlif çıxış və təqdimatlar olub. Eyni zamanda, səfər çərçivəsində kadastr və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, prosedurlar və sənədlər, rəqəmsal kadastr xəritələri, informasiya sistemlərinin idarə olunması ilə bağlı digər təlim-seminarlar da təşkil edilib. Səfər mart ayının 13-dək davam edəcəkdir.

Tədbir çərçivəsində nümayəndə heyəti daşınmaz əmlakın və torpaqların kadastrı ilə bağlı layihələr və əmlaka dair mövcud informasiya sistemləri ilə tanış olublar. Bildirilib ki, bu sistemlərə Milli Avtomatlaşdırılmış Əmlak Sistemi, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi, Ünvan Reyestri İnformasiya Sistemi və Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi aiddir.

Qeyd olunub ki, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı xüsusi vurğulanıb. Fərmanın məqsədi torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir.

Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları da təsdiq olunub. Sistemdə torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar əksini tapır. Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emal və idarə edilməsini təmin edir. Sistem müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır.

Bildirilib ki, respublikanın bir sıra torpaq sahələrini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi aparılıb. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bakı və Sumqayıt Kadastr Layihələrinin icrası nəticəsində hər iki şəhərin kadastr məlumat bazası yaradılıb.

Bazada torpaq sahəsi, (torpaqdan istifadənin növü, torpağın təyinatı, keyfiyyət göstəricisi, perimetri), torpaq üzərində yerləşən obyektin adı, təsviri, torpağın üzərindəki tikililər, inzibati sərhədlər, yerüstü kommunikasiya xətləri barədə məlumatlar yer alıb. Kadastr layihələri hazırda Gəncə, Şəki və digər regionlarda davam etdirilir. Bu layihələr respublikanın torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə şərait yaradır.

Eyni zamanda, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarətini gücləndirir, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşməsini təmin edir. Layihələrin yekunlaşması nəticəsində əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. Şəhərsalma, arxitektura, şəhər və qəsəbələrdə planlaşdırma işlərinin aparılmasında istifadə olunacaq.

Nümayəndə heyətinə çatdırılıb ki, Azərbaycanda beynəlxalq standartlara uyğun Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Yeni qaydalara əsasən ünvan vermədə "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Yeni sistem həm vətəndaşlar, həm də dövlət və özəl qurumların rahat və çevik qaydada ünvan axtarışını təmin edir.

Nəqliyyat vasitələrində ünvan axtarışı məqsədləri üçün naviqasiya sistemi tətbiq ediləcəkdir.

Tədbir zamanı diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinin inkişafı istiqamətində uğurlu islahatlar aparılmış, bir sıra yeniliklər tətbiq olunmuşdur.

Qeyd olunub ki, qeydiyyat sisteminin inkişafında başlıca addımlar innovasiyaların, elektron və onlayn xidmətlərin istifadəyə verilməsi, prosedur sayının ən mümkün səviyyədə azaldılmasıdır. Belə ki, komitənin fəaliyyət sahələri üzrə 31 elektron və 2 onlayn xidməti aktiv istifadədədir. Çıxarış və texniki pasport alınması, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, ünvan arayışı, xidmət haqqı və rüsumun onlayn ödənişi ilə bağlı elektron xidmətlər fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 300 mindən çox müraciət daxil olub.

Komitə tərəfindən qeydiyyat sistemi və torpaq idarəçiliyində tətbiq edilən "bir pəncərə" prinsipi şəffaflığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün sənədləşdirmə prosesi bir ünvanda - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Sosiallıq və xidmətlərin əhalinin bütün təbəqəsi üçün əlçatan olması məqsədilə respublika üzrə "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Bütün bu tədbirlər qeydiyyat sayının artmasına səbəb olub, 2015-ci ildə 191 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb.

İndiyədək 30-a yaxın şəhər və rayonda keçirilən kampaniyada 6800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib. Mobil ofis xidmətləri vasitəsilə 86 mindən çox vətəndaşa xidmət göstərilib.
Tədbirdə qeydiyyat və kadastr sahəsində nailiyyətlərimizin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyi vurğulanıb.

Azərbaycan hər il dərc olunan "Doing Business" hesabatlarında daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer tutur. Bu il ilk dəfə olaraq əmlak hüquqlarının qorunması indeksinə görə "Mülkiyyət hüquqları Alyansı"nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan "daşınmaz əmlakın qeydiyyatı" kateqoriyasında dünya üzrə ən yaxşı 20-lik sırasına daxil edilib.

Tədbirdə Tacikistan nümayəndə heyətinin rəhbəri Suhrob Kuçakşoyev səfərdən məmnun olduqlarını ifadə edib. Səfər nəticəsində geniş təcrübə və qeyd olunan sahədə geniş biliklər əldə etdiklərini qeyd ediblər. Onlar üçün təşkil edilmiş ətraflı və praktik seminarlara görə təşəkkürlərini bildiriblər. Daşınmaz əmlakın qeydiyyatında və kadastrında Azərbaycan təcrübəsi yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın önəmi xüsusi vurğulanıb.

Aparılan qarşılıqlı səfərlərin, böyük təcrübə mübadiləsinin, ikitərəfli əlaqələrin hər iki ölkədə qeydiyyat və kadastr sisteminin inkişafında mühüm rol oynayacağı qeyd olunub. Səfər çərçivəsində nümayəndə heyətinə maraqlı olan bütün mövzular müzakirə edilib, verilən suallar cavablandırılıb.

Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycanın bütün azad edilmiş ərazilərində yaxşı mobil siqnal mövcuddur
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Loading Bars
Xəbər lenti
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Bütün xəbərlər