...

Türkiyənin loukosteri Bakıdan Qəbələyə avtobuslar yola salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2016 14:42 (UTC +04:00)
Türkiyənin "Pegasus" büdcə aviaşirkəti Bakıdan Qəbələ aeroportuna avtobus transferi xidmətini işə salıb.
Türkiyənin loukosteri Bakıdan Qəbələyə avtobuslar yola salacaq

Bakı. Maksim Tsurkov - Trend:

Türkiyənin "Pegasus" büdcə aviaşirkəti Bakıdan Qəbələ aeroportuna avtobus transferi xidmətini işə salıb. Bunu Trend-ə Azərbaycanın turizm firmalarından birindən deyiblər.

Bakıda avtobuslar "28 May" metro stansiyası və "20 yanvar" metro stansiyasından yola düşəcək.

Firmadan deyiblər: "Reyslər həftədə 3 dəfə Mercedes Benz 403 (2012 Model ) avtobusları ilə həyata keçiriləcək. Avtobuslar Bakıdan çərşənbə, cümə və bazar günləri: saat 21:30-da "28 May" metro stansiyasından, "20 yanvar" metro stansiyasından isə saat 22:00-da çıxacaqlar. Avtobuslar Qəbələ aeroportuna saat 02:30-da gələcəklər. Əks istiqamətdə avtobuslar bazar ertəsi, cümə axşamları vvə şənbə günləri saat 04:30-da çıxacaqlar".

Tur boyu sərnişinlərə limitsiz sayda soyuq və isti içkilər və "avtobus daxili əyləncə", WIFI pulsuz olaraq təklif edəcək. Yol boyu avtobus 15 dəqiqə fasilə edəcək.

Firmadan deyiblər: "Turizm agentliklərindən alınan avtobus qiymətləri 15 manat (tək gediş və 19 manat (gediş-gəliş) təşkil edəcək. Bir istiqamətə bilet onlayn alınarsa, 19 manat olacaq".

"Pegasus" martın 18-dən İstanbul-Qəbələ-İstanbul mütəmadi reyslərini yerinə yetirməyə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti