• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

"Bank of Baku" elektron bank kompleksi yaradır

27 Aprel 2016 13:34 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən keçirilən müsabiqədə "Nağdsız Ödənişlər üzrə Lider Bank" nominasiyasında Bank of Baku liderliyini qoruyub saxlamaqdadır.

Ölkədə nağdsız əməliyyatların həcminin artırılması, eləcə də müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi məqsədilə Mərkəzi Bank son 3 il ərzində mütəmadi olaraq müxtəlif müsabiqələr təşkil edir. Həyata keçirilən müsabiqə çərçivəsində bu il aşağıda qeyd olunan 5 nominasiya üzrə bankların fəaliyyəti qiymətləndirilmiş və daha aktiv olanlar seçilərək mükafatlandırılmışdır:

• Nağdsız ödənişlər üzrə lider bank
• Elektron bankçılıq xidmətlərində lider bank
• Elektron ticarətin inkişafında lider bank
• Təmassız ödəniş kartları üzrə lider bank
• Təmassız POS-terminal infrastrukturu üzrə lider bank

Müsabiqənin öncəki illərində olduğu kimi, Mərkəzi Bank, bu il də Bank of Baku-nun 2015-ci il ərzində fəaliyyətini yüksək qiymətləndirərək "Nağdsız Ödənişlər üzrə Lider Bank" nominasiyasında Bankı 1-ci yerə layiq görüb. Bununla yanaşı, Bank of Baku "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyasında 2-ci yerə layiq görülməklə, qaliblər sırasında yer alıb.

Bankın "Alternativ Satışlar və İnkişaf Departamenti"nin direktoru Anar Abbasov, Mərkəzi Bankın ölkədə nağdsız ödənişlərin, eləcə də elektron bankçılığın inkişafı və tətbiqinin daha da genişləndirilməsi istiqamətində apardığı siyasətə uyğun olaraq, Bank of Baku-nun bu istiqamətdə fəaliyyətini növbəti illərdə daha da təkmilləşdirəcəyini, müştərilərə nağdsız əməliyyatlardan və elektron bankçılıq xidmətindən istifadənin stimullaşdırılması üçün yeni imkanlar qazandıracağını vurğulayıb.

"Hal-hazırda, müştərilərimizə 24/7 rejimində bank xidmətləri göstərəcək Elektron Bankçılıq kompleksinin yaradılması üçün çalışırıq. Bu kompleks vasitəsilə müştərilərə bankomatların, elektron ödəniş terminallarının, elektron kommersiya üzrə xidmətlərin (online alış-veriş və digər ödənişlər), Mərkəzi Məlumat xidmətinin (Call-Centre), İnternet Banking, Mobil Banking, SMS-Banking vasitəsilə xidmətlərin daha geniş çeşiddə göstəriləcəyini" qeyd edən cənab A. Abbasov, Bankın bu sahədə mövqeyini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bank of Baku
Digər xəbərlər
Bank of Baku-nun dəstəyilə “Uğurun Xəritəsi” işıq üzü gördü
Biznes və iqtisadiyyat xəbərləri 10 Avqust 2016 16:07
Bank of Baku reytinqini qoruyub saxlayır
Biznes və iqtisadiyyat xəbərləri 27 İyul 2016 11:19
Bank of Baku-dan "VIP müştərilərə VIP təklif"
Biznes və iqtisadiyyat xəbərləri 30 İyun 2016 10:01
Bank of Baku-dan bağ mövsümünə hazırlaşanlar üçün yeni kampaniya
Biznes və iqtisadiyyat xəbərləri 24 İyun 2016 17:37
Bolkartla xaricdə alış-veriş et, 2 ay sonra ödə
Biznes və iqtisadiyyat xəbərləri 21 İyun 2016 14:07
Bank of Baku həftəiçi 7 gün müştərilərin xidmətində olacaq
Biznes və iqtisadiyyat xəbərləri 13 İyun 2016 11:59
Xəbər lenti
Üç ay ərzində dəm qazından 106 nəfər ölüb
Dünya xəbərləri 20:22
UNEC tələbələrinin sərgisi “İçərişəhər” stansiyasında
Gündəm 19:41
3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Hadisə 18:59
Yanğın baş verən ərazidə elektrikin verilişi dayandırılıb
Energetika 18:34
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)
Siyasət 17:50
Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq
İqtisadiyyat 17:39
Cəlilabadda həmyerlisinin şantajla 50 min manat pulunu və avtomobilini alan şəxs saxlanılıb (FOTO)
Hadisə 17:30
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 17:24
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
Siyasət 17:19
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri