...

Azərbaycan bankları kredit kartlarının satışını dayandırıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2016 19:47 (UTC +04:00)
Azərbaycan bankları xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriumun tətbiqi ilə əlaqədar olaraq, kredit kartlarının satışını dayandırıblar.
Azərbaycan bankları kredit kartlarının satışını dayandırıb (YENİLƏNİB)

Məlumat yenilənib (ilk xəbər saat 13:21-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bankları xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriumun tətbiqi ilə əlaqədar olaraq, kredit kartlarının satışını dayandırıb. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasından deyiblər.

Assosiasiyadan bildiriblər ki, bu, xarici valyutada kredit kartları üzrə əməliyyatların istehlak kreditlər kateqoriyasına daxil olması ilə əlaqədardır. Bununla yanaşı, banklar moratoriumun tətbiqinədək (5 aprel) verilmiş kredit kartları üzrə əməliyyatları davam etdirirlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti