Bakı. Trend:
Bank of Baku-dan müştərilərə iki böyük müjdə: indi Nağd Pul krediti, eləcə də Bolkart kredit kartı əldə etmək istəyən şəxslər bankın istənilən filialına müraciət etməklə ərizələrinin nəzərdən keçirilməsini təmin edə bilərlər.
Müştərilər müxtəlif ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan nağd pul kreditini manatla 6 və ya 12 ay müddətinə rəsmiləşdirə bilərlər. 6 aylıq kreditlər, illik faiz dərəcəsi minimum 24.40%, 12 aylıq kreditlər isə minimum 26%-dən başlayaraq verilir.
Kredit üçün həm bankın qənaətbəxş tarixçəli təkrar müştəriləri, həm də dövlət və partnyor özəl müəssisələrində çalışan şəxslər müraciət edə bilər. Banka daxil olan kredit müraciətləri qiymətləndirilərkən, müştərilərin gəlirlərinin miqdarı və cari öhdəlikləri əsas götürülür. Şərtlərə əsasən, ərizəçinin müraciət gününə minimum yaş həddi 20, sonuncu ödəniş tarixinə qədər isə maksimum 65 olmalıdır.
Kreditin rəsmiləşdirilməsi üçün iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri təqdim etmək tələb olunur. İş yerindən arayışı bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.
İkinci böyük müjdə Bolkart kredit kartı əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Bir müddət öncə yenilənərək, hər kəsə ÖZƏL təqdim olunan Bolkart kredit kartlarını şəxsi gəliri olan gənclər, həmçinin dövlət və partnyor özəl müəssisələrinin əməkdaşları əldə edə bilər. Bununla yanaşı, köhnə Bolkart sahibi olan şəxslər də yeni Bolkartı rəsmiləşdirməklə limitlərinin yenidən nəzərdən keçirilməsi üçün banka müraciət edə bilərlər.
Bank of Baku-nun təqdim etdiyi kredit məhsulları haqqında daha ətraflı: http://www.bankofbaku.com/