...

İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalını və ixracını təklif edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 16:06 (UTC +04:00)
İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalına başlamağı və üçüncü ölkələrə ixrac etməyi təklif edib.
İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalını və ixracını təklif edir (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

İran Azərbaycana kənd təsərrüfatı məhsullarının birgə istehsalına başlamağı və üçüncü ölkələrə ixrac etməyi təklif edib. Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda deyib.

Onun sözlərinə görə, ölkələr kənd təsərrüfatı üzrə birgə müəssisələr yarada və birgə investisiya layihələri reallaşdıra bilər: "Azərbaycan və İran kənd təsərrüfatı məhsullarından birgə istifadə edə və üçüncü ölkələrə ixrac edilə biləcək məhsul istehsal edə bilər. Bundan başqa, Azərbaycan əkin sahələrini iranlı fermerlərə uzunmüddətli icarəyə verə bilər".

Nazir qeyd edib ki, Azərbaycan idxal etdiyi bəzi məhsulların eynisini İran mənşəli məhsullarla əvəz edə bilər. İran da digər ölkələrdən idxal etdiyi məhsulları Azərbaycandan ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti