Bakı. Anaxanım Hidayətova - Trend:
Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Türkmənistanda sabiq ticarət nümayəndəsi Çarlz Henri Azərbaycan-Britaniya münasibətlərini möhkəm, realist və praqmatik adlandırıb.
Ç.Henri Trend-ə bildirib ki, ölkələrimiz arasında əlaqələr konstruktiv, realist və praqmatik olmaqla çox möhkəm olaraq qalır:
"Hamımız dünya qimətləri baxımından şəraitə uyğunlaşmışıq, lakin BP-nin bu məsələlərdə aktiv iştirak etdiyini görürük. BP və SOCAR kimi şirkətlərin və Azərbaycan hökumətinin qiymət dəyişkənliyi səbəbindən yaranan problemlərin həllində birgə işlədiyini görürük".