Bakı. Trend:
İyunun 10-dan etibarən Bank of Baku həftəiçi 7 gün saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq. Bankdan Trend-ə verilən məlumata görə, 17-19 iyun tarixlərində, Azərbaycanda ilk dəfə olaraq keçiriləcək Formula 1 Avropa Qran-Pri yarışlarının təşkili ilə əlaqədər olaraq iş rejimində tətbiq olunan bu dəyişiklik əsasında Bankın aşağıdakı ünvanlarda fəaliyyət göstərən 3 filialı həm müştərilərin, həm də xarici ölkə vətəndaşlarına xidmət göstərəcək:
- Mərkəz filialı - Bakı şəh., Azərbaycan pr. 3; Tel.: 012 437 22 00
- Azneft filialı - Bakı şəh., Neftçilər pr. 65; Tel.: 012 497 15 35
- Səməd Vurğun filialı - Bakı şəh., Nəsimi ray., Puşkin küç., 12/14; Tel.: 012 498 00 32
Yuxarıda adları qeyd olunan filiallar MBNP-nin tövsiyəsi ilə saat 09:00-dan saat 21:00-dək gücləndirilmiş iş rejimində faəliyyətini 21 iyun 2016-ci il tarixinədək davam etdirəcəklər.
Qeyd edək ki, filiallarda bazar ertəsi - cümə günü 17:00-dan sonra, həmçinin şənbə və bazar günləri saat 09:00-dan 21:00-dək yalnız valyuta mübadiləsi əməliyyatları aparılacaq.
Bank of Baku-nun filial şəbəkəsi, eləcə də xidmət və məhsulları haqqında daha ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.