...

"Meqa Sığorta"dan əmlak sığortası üzrə yeni sığorta məhsulu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2016 12:05 (UTC +04:00)
Daima öz müştərilərinin rahatlığını və ehtiyacını düşünən “Meqa Sığorta” ASC “İkili təminat” adlı yeni və çox sərfəli sığorta məhsulunu təqdim edir.
"Meqa Sığorta"dan əmlak sığortası üzrə yeni sığorta məhsulu

Bakı. Trend:

Daima öz müştərilərinin rahatlığını və ehtiyacını düşünən “Meqa Sığorta” ASC “İkili təminat” adlı yeni və çox sərfəli sığorta məhsulunu təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu məhsulu əldə etməklə müştəri bir sığorta müqaviləsi ilə iki daşınmaz əmlakını - şəhərdəki mənzilini və bağ evini sığortalaya bilər.

Bir çoxlarımız yay fəslində istirahət etmək üçün bağ evlərinə üz tuturuq, bu zaman şəhərdəki mənzilimiz nəzarətsiz qalır. Yay fəsli bitdikdə isə şəhərə qayıdırıq və eynilə bağ evimiz diqqətimizdən kənarda qalır. “Meqa Sığorta” ASC-yə müraciət etməklə, Siz 3 ay şəhərdəki mənzilinizi və 9 ay müddətinə bağ evinizi cəmi 39 AZN ödəməklə müqavilə üzrə müəyyən edilmiş limitlər çərçivəsində sığortalaya bilərsiniz.

Məhsul haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə “Meqa Sığorta” ASC ilə 012 565 32 32 nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

“Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamışdır. Şirkət müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın 14 müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir.

“Meqa Sığorta” ASC 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi “UĞUR” mükafatına, 2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə “Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “European Quality Award” və “Consulting & Business” nəşriyyatı tərəfindən “İlin sığorta şirkəti” mükafatlarına layiq görülmüşdür. 2015-ci ildə “Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.

“Meqa Sığorta” ASC müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışır. Şirkət peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyatla təmin etməyi özünə başlıca məqsəd seçmişdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti