...

“Ernst & Young" beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına müsbət rəy verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 11:47 (UTC +04:00)
“Ernst & Young" beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına müsbət rəy verib.
“Ernst & Young" beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına müsbət rəy verdi

Bakı. Trend:

“Ernst & Young" beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına müsbət rəy verib. “Meqa Sığorta” ASC-dən Trend-ə verilən məlumata görə, sığorta bazarında daima obyektivliyi, şəffaflığı və müştəri məmnuniyyəti ilə seçilən və lider sığorta şirkətlərindən biri olan “Meqa Sığorta” ASC növbəti uğura imza atıb. Şünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən sayılan "Ernst & Young" şirkəti tərəfindən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) keçid prosesi ilə əlaqədar olaraq “Meqa Sığorta” ASC-nin 31 dekabr 2015-ci il üzrə ilkin maliyyə hesabatlarının auditi həyata keçirilib.

"Ernst & Young" şirkətinin audit nəticələrinə əsasən, “Meqa Sığorta” ASC-nin 31 dekabr 2015-ci il tarixinə ilkin maliyyə hesabatlarına müsbət rəy verilib və şirkətin maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında məlumatların bütün mühüm aspektlər üzrə düzgün təqdim edilməsi və mühasibat uçotu prinsiplərinin maliyyə hesabatlarında müvafiq qaydada təsvir edilməsi audit hesabatında öz əksini tapıb. Hesabatda həmçinin “Meqa Sığorta” ASC-nin nəzarət orqanı tərəfindən müəyyənləşən ödəmə qabiliyyəti qaydalarına riayət edildiyi qeyd edilib.

“Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 01.10.2010-cu il tarixində başlayıb. Şirkətin nizamnamə kapitalı 14.5 milyon AZN təşkil edir. “Meqa Sığorta” ASC müştərilərə 28 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın 14 müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir. Şirkət 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi “UĞUR” mükafatına, 2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə “Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “European Quality Award” və “Consulting & Business” nəşriyyatı tərəfindən “İlin sığorta şirkəti” mükafatlarına layiq görülüb. 2015-ci ildə “Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilib.
Müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışan “Meqa Sığorta” ASC peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti