...

Nazir: Rusiyanın Azərbaycan iqtisadiyyatındakı investisiyalardan gəliri 2 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 12:51 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər bütün istiqamətlər üzrə fəal inkişaf edir.
Nazir: Rusiyanın Azərbaycan iqtisadiyyatındakı investisiyalardan gəliri 2 milyard dollara çatıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Rusiya arasında münasibətlər bütün istiqamətlər üzrə fəal inkişaf edir. Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan iclasında deyib.

Nazir qeyd edib ki, hazırda iqtisadiyyat, eləcə də qarşılıqlı investisiyalar sahəsində ikitərəfli münasibətlər fəal inkişaf etməkdədir.

Ş.Mustafayev vurğulayıb: "Rusiyanın Azərbaycandakı investisiyaları milyardlarla dollarla qiymətləndirilir. Azərbaycanın təkcə neft sektorunda Rusiyanın investisiyalarının həcmi 2,8 milyard dollar təşkil edir. Rusiyanın bu investisiyalardan əldə etdiyi gəlirlər artıq 2 milyard dollara çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti