...

Estoniya "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulacaq (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 13:22 (UTC +04:00)
Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulacaq.
Estoniya "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulacaq (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulacaq.

Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkənin dəmir yolu idarələrinin rəhbərləri arasında görüş keçirilib:

"Estoniya “Şimal-Cənub” marşrutuna maraq göstərib. Bu layihəyə Paldiski limanının qoşulması planlaşdırılır. Bu yolla Estoniyadan, Skandinaviya və Şimali Avropa ölkələrindən yüklərin Rusiya və Azərbaycandan keçməklə İrana və Fars körfəzi ölkələrinə çatdırılması nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti