...

Azərbaycan Rusiya vətəndaşını antiterror siyahısına daxil etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2016 10:37 (UTC +04:00)
Azərbaycan Rusiya vətəndaşını antiterror siyahısına daxil edib.
Azərbaycan Rusiya vətəndaşını antiterror siyahısına daxil etdi

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Rusiya vətəndaşını antiterror siyahısına daxil edib.

Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 12 dekabr 2016-cı il tarixli qərarına uyğun olaraq Ümumi Siyahını yeniləyib.

Trend-in məlumatına görə, Maliyyə Monitorinqi Xidməti Rusiya vətəndaşı Rüstəm Maqomedoviç Aselderovu terrorizmə dəstəyə görə beynəlxalq sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil edib.

R.Aselderov terrorçuluq fəaliyyətinə görə axtarışdadır. O, Dağıstan, Çeçenistan və İnquşetiyada 150 terrorçudan ibarət qrupa rəhbərlik edir.

Qeyd edirik ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti