...

Yeni rekord minimum: 1 avro 4 lirə həddini keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2017 11:39 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə lirəsi bu gün 2005-ci ildən qeydə alınan rekord minimumu yeniləyib.

Trend-in məlumatına görə, türk lirəsi ötən günlə müqayisədə dollar və avroya nisbətdə, müvafiq olaraq, 1,24 və 1,82 faiz ucuzlaşıb.

Bu gün 1 ABŞ dolları 3.777, avro isə 4.002 lirə təşkil edib.

Ekspertlərin fikrincə, lirənin dəyərinin azalmasına ölkədəki siyasi qeyri-müəyyənlik təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti