...

“Nar” yeni “Turbo L+” paketini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2017 19:08 (UTC +04:00)
İndi abunəçilər cəmi 9 AZN ödəyərək 5GB internet trafiki əldə edirlər.
“Nar” yeni “Turbo L+” paketini təqdim edir

Bakı. Trend:

İndi abunəçilər cəmi 9 AZN ödəyərək 5GB internet trafiki əldə edirlər.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu təklifdən yararlanmaq üçün abunəçilər *777#45#Yes şifrəsini yığmalı və “Turbo L+” paketinə qoşulmalıdırlar.

“Nar” abunəçilərin istəklərinə uyğun olaraq müxtəlif həcmli "Turbo" paketləri təklif edir. Bu internet paketlərinin istifadəçiləri mobil telefonlarında 150 Mb/s-dək sürətdən faydalanmaq fürsəti qazanırlar.

Paket bitdikdə isə, "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən yararlanmaq mümkündür. Üstəlik, irihəcmli “Turbo XL”, “Turbo 2XL” və “Turbo 3XL” paketlərində gecələr internet tam sürətlə pulsuz və limitsizdir.

“Turbo L+” və mobil operatorun digər internet paketləri haqqında daha ətraflı məlumatı 777 qısa nömrəsinə zəng edərək və ya nar.az səhifəsinə daxil olaraq əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti