...

“Xalq Bank kartı ilə odəniş qazanclıdır” lotereyasının növbəti tirajı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2017 15:54 (UTC +04:00)

Bakı. Trend:

İyunun 6-da "Xalq Bank kartı ilə ödəniş qazanclıdır!" lotereyasının 5-ci tirajı keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, 5-ci tirajın qalibləri – son həftə ərzində 30 bilet toplayan Məmmədli Emil Əkrəm oğlu, 22 biletlə Talıbova Nigar Eldar qızı və 20 biletlə Abbasov Xəlil Cavanşir oğlu Xalq Bank tərəfindən Cinema Plus kinoteatrlar şəbəkəsinə 2 nəfərlik dəvətnamə qazanıblar.

May ayının təsadüfi seçim nəticəsində müəyyən edilmiş qalibləri: Əzizova Leyla Əbdülfət qızı (bilet nömrəsi 149417) “Sakit Göl Hotel Şamaxı” tətil və istirahət məkanına istirahət kuponu, Allahyarov Ağalar Məmmədağa (bilet nömrəsi 138317) isə 500 AZN-lik “Xarici ölkəyə səyahət” kuponuna sahibləniblər.

Məlumat üçün bildirmək istərdik ki, cari ilin may ayının 1-dən 2018-ci ilin yanvar ayının 10-dək davam edəcək lotereyada ən azı 10 manat (və ya xarici valyutada ekvivalenti) məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri lotereyanın iştirakçısına çevrilirlər. Ödəniş Xalq Bankın POS-terminallarında həyata keçirilərsə 2 elektron bilet, digər bankların POS-terminallarında isə - 1 elektron biletə çevrilir. Elektron biletlərin sayı haqda məlumatı hər iştirakçı bankın http://www.xalqbank.az/az/online-services/orders/loto/ rəsmi internet səhifəsində ala bilər.

Lotereyanın şərtlərinə görə hər həftə oynanılan tirajda həftə ərzində ən çox nağdsız ödəniş edən müştərilər “Cinema Plus” kinoteatrlarına biletlər, hər ay oynanılan tirajda isə lotereya proqramı vasitəsilə təsadüfi seçilmiş müştərilər “Sakit Göl” istirahət mərkəzinə istirahət kuponu və xarici ölkəyə səyahət üçün 500 manat dəyərində hədiyyə kuponu qazanacaq. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Xalq Bankın bütün kartları iştirak edir.

Lotereyanın 6-cı tirajı iyunun 13-də keçiriləcək və 6-cı tirajda "Cinema Plus" kinoteatrlarına biletlər oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti